İngiltərənin Baş Naziri Boris Conson koronavirusla bağlı dünya ölkələrinə çaırış edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Conson ölkələri koronavirusla mübarizədə birlikdə hərəkət etməyə çağırıb. O bildirib ki, koronavirusa qarşı peyvəndin tapılmasını rəqabət sahəsi kimi görmək düzgün deyil.

Boris Conson fikirlərinə görə, ölkələr peyvənd hazırlanmasında da güclərini birləşdirməlidirlər: "Bu işdə bərabərik və birlikdə qazanacağıq"

Qeyd edək ki, o özü də bir müddət öncə koronavirusa yoluxmuşdu. Müalicə alaraq sağalan İngiltərənin Baş Naziri artıq bir neçə gündür ki, işinin başındadır.