İtaliyada son gündə 195 nəfər koronavirusdan ölüb.

Unikal.org xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 29 079-a çatıb. Koronavirusa yoluxanların ümumi sayı isə 211 938-ə yüksəlib.

Qeyd edək ki, artıq İtaliyada karantin qaydalarının yumşaldılmasına başlanılıb. Hal-hazırda ölkədə 99 980 nəfər aktiv koronavirus xəstəsi mövcuddur.