Rusiyanın paytaxtı Moskva şəhərində koronavirusdan ölənlərin sayı artıb.

Unikal.org  Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskvada son sutka ərzində 52 nəfər COVİD-19 infeksiyasından dünyasını dəyişib.

Bununla da paytaxtda pandemiya qurbanlarının sayı 816 nəfərə çatıb.