Koronavirusun ən çox təsir etdiyi ölkələrdən biri də İrandır.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, vəziyyətlə bağlı açıqlama verən ölkənin Səhiyyə Nazirinin köməkçisi İreç Herirçi payız aylarında ikinci dalğa yoluxmanın baş verəcəyini bildirib.

Onun sözlərinə görə, havaların qızması virusun yayılmasına əngəl ola bilməyəcək: "Qarşımızdaki iki ay ərzində bir neçə əyalət istisna olmaqla digərlərində yoluxma faktları ilə bağlı azalma müşahidə olunacağını təxmin edirik"

Qeyd edək ki, İranda 6 277 nəfər pandemiyanın qurbanı olub.