Cənubi Amerika ölkəsi Braziliyada, son 24 saat ərzində yeni növ koronavirus (Covid-19) pandemiyası səbəbiylə 263 nəfər ölüb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Braziliya Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, Covid-19 səbəbiylə ölənlərin sayı 263 artaraq 7 min 288, yoluxanların sayı 4 min 75 artaraq 105 min 222-yə  çatıb.

Qeyd edək ki, əhalisi 210 milyona çatan Braziliya Latın Amerikasında Covid-19 epidemiyasından ən çox təsirlənən ölkədir.