Şərqi Afrika ölkəsi Somalidə tibbi yardım tədarükü aparan təyyarə qəzaya uğrayıb. Qəzada 6 nəfər öldü.
Unikal.org xəbər verir ki, qəza, Somalinin cənubundakı Bay bölgəsində meydana gəlib.
Belə ki, Baidoadan Bardale şəhərinə hərəkət edən təyyarə Bardele hava limanı yaxınlığında qəzaya uğrayıb. Hadisədə 6 nəfər ölüb.
Qeyd edək ik, Somali Xəbər Agentliyi, təyyarənin Afrika Hava Yollarına aid olduğunu bildirib.Təyyarənin niyə qəzaya uğraması ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
Faktla bağlı araşdırma davam etdirilir.