Misirdə son sutka ərzində COVID-19 virusuna rekord sayda - 378 yoluxma halı qeydə alınıb.

Unikal.org xəbər verir ki, Misirin Səhiyyə Nazirliyinin məlumatında ölkədə koronavirusa yoluxanların ümumi sayının 6813 nəfərə çatdığı qeyd olunur.

Məlumatda mayın 4-də COVID-19 virusundan 7 nəfərin öldüyü, həyatını itirənlərin ümumi sayının 436 nəfərə çatdığı bildirilib. Misir Təbiblər Sindikatının məlumatına görə, vəfat edənlərdən biri karantin xəstəxanasının həkimidir. Əlavə edilib ki, son sutka ərzində xəstəlikdən 70 nəfər sağalıb, ümumilikdə 1632 pasiyent tam müalicə olunub.

Misirin Baş Naziri Mustafa Mədbuli bəyan edib ki, ölkədə karantin rejimi daha 15 gün müddətinə uzadılıb.