İsveçdə koronavirus pandemiyasından ölənlərin və yoluxanların sayında artım müşahidə olunub.

Unikal.org İsveç mətbuatına istinadənn xəbər verir ki, son 24 saatda İsveçdə yeni növ koronavirus pandemiyası səbəbindən ölənlərin sayı 90 nəfər artaraq, ümumi itki  2 min 769-a yüksəlib.

Həmçinin də, İsveç Milli Xalq Sağlamlığı Agentliyinin verdiyi açıqlamada, koronavirusa yoluxanların ümumi sayının isə 22 min 721 olduğu açıqlayıb.

Qurum, 5 min insanın virusu məğlub edərək tam sağaldığını, virusun əsasən qocalar evlərinə təsir etdiyini bildirib.