ATV ekranlarının populyar proqramı olan “Esra Erol”da maraqlı bir hadisə baş verib.
Unikal.org xəbər verir ki, Türkiyənin ən sevilən proqramlarından biri olan “Esra Erol”da iştirak edən qonaq, canlı yayımda koronavirus testinin müsbət olduğunu açıqlayıb.
Belə ki, məşhur aparıcı Esra Erol canlı yayımda iştirak edən qonağının koronavirus testinin müsbət olduğunu öyrənib. Təəccübünü gizlədə bilməyən Esra Erolun reaksiyası kameralara əks olunub.
Verilişin qonağı olan qadın, “Mənə korona diaqnozu etdilər. 12 gün xəstəxanada müalicə oldum, sonra həkimlər evdə müalicə oluna biləcəyinizi söylədi" deyə yeni bir növ koronavirusa tutulduğunu və mülayim bir müddət keçirdiyini söyləyib.
Qonağının sözlərindəki heyrətini gizlədə bilməyən Esra Erol “Müalicə müddətindəsiniz?” deyə soruşub. “Xeyr, indi yaxşıyam. Allaha şükür ki, bunun öhdəsindən gəldim. Qızım mənə kömək etdi. Allah səni qorusun” deyə qonaq cavab verib.