ABŞ-ın Kaliforniya ştatında koronavirusla mübarizə aparan xəstəxana işçilərinə naməlum bir xeyriyyəçi tərəfindən 1 milyon dollarlıq yardım edilib.

Unikal.org ABŞ-ın AP xəbər agentliyindəki xəbərinə istinadən məlumat verir ki, , Kaliforniyanın Dominik Xəstəxanasına çatan məktubdan 1 milyon dollarlıq ianə çeki məktubunun çıxdığı, xeyriyyəçi şəxsiyyətini gizli saxladığı öyrənilib.

“Cəmiyyətimizi inkişaf etdirmək üçün apardığınız mübarizəyə görə təşəkkür edirəm. Sizi qəhrəman edən insanlığınızdır” deyə məktubda  bildirilib. 

1 milyon dollarlıq ianənin yalnız həftədə 600-800 dollar arasında qazanan işçilər, məsələn xəstəxanadakı tibb bacıları, texniki və təmizlik işçiləri üçün edildiyi vurğulanıb.

Hədiyyə, xəstəxana işçilərinə böyük sevinc yaşatarkən, xəstəxana müdiri Dr. Nanette Mickieuiz, xəstəxana işçilərinin işlərini mükəmməl və sədaqətli bir ruh halında etdiklərini sübut olaraq gördüyünü açıqlayıb.