Türk kinosunun görkəmli rejissorlarından olan Özer Kızıltan 57 yaşında vəfat edib.
Unikal.org xəbər verir ki, məşhur rejissor uzun müddət müalicə aldığı xərçəng xəstəliyindən həyatını itirib.
Qeyd edək ki, uzun müddət xərçəng müalicəsi alan rejissor Özer Kızıltan Türkiyənin məşhur kinolarından, “Takva”, “Unutma”, “5 Sevgidən məhrum olan və Gülbeyaz”, “Güllə yarası”, “Yaralı ürək və Həyat Təpəsi” kimi seriallarda rejissorluq etmişdir.