“Azərbaycan dövləti təkcə öz vətəndaşlarının deyil, bütün bəşəriyyətin sağlamlığının qayğısına qalır. Prezident İlham Əliyevin son iki ay ərzində ortaya qoyduğu mövqe, yürütdüyü siyasət, koronavirusa qarşı mübarizədə dünya ölkələri ilə operativ təmasları buna əyani sübutdur”.

Bu fikirləri Unikal.org-a açıqlamasında Azərbaycan Yurddaş Partiyasının (AYP) sədri Mais Səfərli səsləndirib.

O bildirib ki, pandemiyaya qarşı birgə mübarizə müstəvisində Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının videokonfrans vasitəsilə Zirvə görüşü də mühüm əhəmiyyətə malikdir: 

“Prezident İlham Əliyev videokfrans zamanı da dünya ölkələrinə çağırış etdi ki, pandemiyaya qarşı mübarizəni nəticə verməsi üçün birgə mübarizə aparmaq lazımdır. Ölkə başçısı zirvə görüşündəki birgə mübarizə çağırışı müsbət qarşılandı.

Bu hərəkata yüzdən çox ölkə üzvdür. Onların da əksəriyyəti pandemiyadan əziyyət çəkir. Azərbaycan dövlətinin təşəbbüsü ilə səyləri birləşdirib hərəkata qoşulan kasıb ölkələrə yardım edilməsi məsələsi gündəmə gətirildi.

Məlumdur ki, Azərbaycan Prezidenti Ümümdunya Səhiyyə Təşkilatının Fonduna  koronavirusla mübarizə ilə bağlı 5 milyon dollar yardım edilməsi ilə bağlı qərar verdi.

Eyni zamanda, digər ölkələrə də imkansız dövlətlərə yardım edilməsinin zəruri olduğu ilə bağlı çağırış edildi.

Bir siyasətçi, bir Azərbaycan vətəndaşı kimi bununla qürur duyuram”.

M.Səfərli onu da qeyd edib ki, hazırda da İlham Əliyevin rəhbərliyi ilə koronavirusa qarşı çox geniş və sistemli mübarizə aparılır:

“İnsanların sağlamlığının qorunması, bu virusun yaratdığı sosial-iqtisadi itkilərin azaldılması, insanların üzləşdiyi problemlərin həll olunması üçün dövlət başçısının rəhbərliyi ilə möhtəşəm işlər görülüb.

Bunun nəticəsidir ki, Azərbaycanda pandemiya ilə əlaqədar olan itkilər digər ölkələrlə müqayisədə olduqca azdır.

Bu məsələdə Azərbaycanın təcrübəsi bütün dünyanı maraqlandırır. Bildiyiniz kimi, ÜST rəhbərliyi pandemiyada ölkəmizin mübarizə təcrübəsinə görə, Azərbaycan rəhbərliyinə təşəkkürünü də bildirib.

Hesab edirəm ki, Azərbaycan bundan sonra da atacağı addımlarla dünya birliyində nüfuzlu və qüdrətli ölkə olduğunu sübut edəcək”.

Murad İbrahimli