Bir neçə gün bundan əvvəl sosial şəbəkələrdə yayımlanan videoda, zavod açılışına qatılan şəxsin Şimali Koreya lideri Kim Çen Inın oxşarı olduğu iddia edilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  bir neçə gün öncə açılışda iştirak edən şəxsin Kim Çen İnin olduğuna inanmayanlar onun 2017-ci ildə çəkilmiş fotosunu paylaşıb. Həmin fotoda Kimin saç düzümünə qədər özünə oxşayan iki nəfərlə söhbət etdiyi görünür.

İddia edilir ki, açılışa da Kimin əvəzinə həmin şəxslərdən biri qatılıb.