Milli Məclisin bu gün keçirilən plenar iclasında vitse-spiker Fəzail İbrahimli millət vəkili Razi Nurulllayevə irad bildirib.
Unikal.org xəbər verir ki, R.Nurullayev çıxışında bildirib ki, dövlət qurumlarında xadimələrin aylıq maaşından tutub, Koronavirusla Mübarizə Fonduna köçürülür.
Onun bu çıxışına vitse-spiker irad bildirib. "Sənin danışıqlarına fikir vermişəm, düzgün çıxışlar etmirsən. Çıxışlarınıza qulaq asanda adı sizin adınıza oxşayan bir mərsiyəçi var o yadıma düşür. Sizin adınız Razi, onun adı isə Racidir. Odur ki, fikirlərində diqqətli ol. Sən danışıqlarını düzəlt", - deyə o sözlərinə əlavə edib.
Daha sonra Razi Nurullayev söz alaraq, F.İbrahimliyə cavab verib. O, "Fəzail müəllim, mən bu cür danışmağı sizə yaraşdırmıram" - deyib.
Hüseyn İsgəndərov