"Hacı Zeynalabdin Tağıyevin heykəlinin qoyulması ilə bağlı işlər aparılır".

Unikal.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O bildirib ki, hazırda heykəlin hazırlanması işləri görülür: "Heykəltaraşlar işləyir,  Heydər Əliyev Fondu tərəfindən məsələyə nəzarət olunur. Heykəlinin ucaldılması asan başa gələn proses deyil. Yaxın vaxtlarda bu məsələ reallaşdırılacaq".