Sabiq rabitə naziri Nadir Əhmədov 80 yaşında vəfat edib.

Yaxınlarının Unikal.org-a verdiyi məlumata görə, o bu gün dünyasını dəyişib.

Qeyd edək ki, N. Əhmədov 1997-2004-cü illərdə Rabitə naziri vəzifəsində çalışıb.

N. Əhmədov sabah dəfn ediləcək.