Koronavirus pandemiyasına görə dayandırılan İspaniya La Liqası iyunun 12-də bərpa oluna bilər.
Unikal.org xəbər verir ki, bu barədə qurumun prezidenti Xavyer Tebas AS nəşrinə açıqlama verib. Tebas, La Liqanın iyunun 12-də bərpa olunmasını istədiyini deyib:
“İstərdim ki, mövsüm iyunun 12-də bərpa olunsun. La Liqa və Sequnda eyni vaxtda başa çatdırıla bilər”.
La Liqa koronavirus pandemiyasının yaratdığı vəziyyətlə əlaqədar olaraq ləğv də edilə bilər.