Belçikada koronavirusun yeni növünə (COVID-19) yoluxma hallarının sayı son 24 saat ərzində 368 artaraq 53 min 449-a çatıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Belçika Böhran Mərkəzində edilən açıqlamada, son 24 saat ərzində ölkədə koronavirusa yoluxanların sayı 368 nəfər artaraq 53 min 449-ya, son sutkada daha 62 nəfərin ölümü ilə həyatını itirənlərin sayı 8 min 707-ə yüksəlib.
Qeyd edək ki, virusdan həyatını itirən insanların 48 faizi xəstəxanalarda, 51 faizi qocalar evində qeydə alınıb.