Türkiyədə dəhşətli cinayət hadisəsi baş verib. 

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Dənizlidə gecə saatlarında Ünal Y. Adlı şəxs  21 yaşlı oğluna başından tapança ilə vuraraq qətlə yetirib. 
Daha sonra, hadisənin baş verdiyi  ərazidən uzaqlaşan atanın cəsədi fermerlər tərəfindən tapılıb.  

Hadisə yerinə gələn polis qrupları şəxsin intihar etdiyini  təyin edib.

Araşdırmalarında polis qrupları həyatını itirən şəxsin bir gün əvvəl oğlunu öldürən Ünal Y olduğunu təsbit edib. Başına tapança ilə atəş açaraq intihar etmək qərarına gələn Ünal Y'nın cəsədi, prokurorun araşdırmasından sonra yarılma üçün Çivril Şehit Hilmi Öz Dövlət Xəstəxanasının meyitxanasına qaldırılıb. 

Faktla ağlı araşdırma davam etdirilir.