Dünyada  COVID-19 pandemiyasından sağalan insanların  sayı 1,5  milyonu keçib. 

Unikal.org “COVID-19” olan ölkələrdə və bölgələrdə yeni hallar haqqında məlumatların tərtib olunduğu “Worldometer” saytına istinadən xəbər verir ki,  virusa yoluxmuş 1 milyon 500 min 181 nəfər bu xəstəliyin öhdəsindən gəldiyi barədə məlumat paulaşıb.

Ən çox xəstənin sağaldığı ölkələr ABŞ (256 min 336), İspaniya (176 min 439), Almaniya (145 min 600), İtaliya (105 min 186), İran (86 min 143) və Çin (78 min 144) olaraq qeyd olunub. 

Qeyd edək ki,  keçən ilin dekabrında Çində meydana gələn epidemiya 200-dən çox ölkə və bölgəyə yayılaraq  və pandemiyaya çevrilib. 

Dünyada COVID-19 pandemiyasına yoluxanların sayı 4 milyon 196 min 193-ə çatsa da, 284 min 33 nəfər virus səbəbindən həyatını itirib.