İtaliyanın “Atalanta” klubunun futbolçusu Andrea Rinaldi vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə Berqamo təmsilçisinin rəsmi saytı məlumat yayıb. Mayın 8-dən xəstəxanada olan 19 yaşlı futbolçu bu gün dünyasını dəyişib.

Həkimlər Rinaldiyə beyin anevrizması diaqnozu qoymuşdu.