Amerikalı qolfçu Payge Spiranak da koronavirus təhlükəsi səbəbindən bir müddətdir ki özünü evində karantinə alıb.

Unikal.org xəbər verir ki, o, sosial şəbəkədə etdiyi paylaşımları ilə gündəmə gəlib. Belə ki, məşhur idmançı evində qolf oynadığı anları "Instagram"da paylaşıb.

Qeyd edək ki,  Payge Spiranak ötən günlərdə oğlanların onunla idman sahəsindəki bacarıqlarını öyrənmək üçün sevgili olduqlarını iddia etmişdi. O, bu barədə "Təəssüf ki, onlar məni qolf dərsləri almaq üçün istifadə edirdilər" sözlərini deyib.