İngiltərənin Baş Naziri Boris Conson koronavirusa qarşı hazırlanılacaq potensial peyvəndlə bağlı açıqlama verib.

Unikal.org İngiltərə KİV-ə istinadən xəbər verir ki, Conson karantin qaydalarının necə yumşaldılacağına dair 50 səhifədən ibarət olan tədbirlər planı hazırlayıb. O, qaydaların yumşaldıılmasında koronavirus peyvəndinin tapılmasının böyük rolu olacağını bildirib:

"Koronavirusa qarşı peyvəndin və ya dərmanın tapılması bir ildən də uzun çəkə bilər. Ən pis ehtimalda isə, peyvənd heç vaxt tapılmaya bilər."