İngiltərə təmsilçisi “Mançester Siti”nin sahibi olan “City Football Group” (CFG) şirkəti daha bir klub alıb.
Unikal.org xəbər verir ki, sözügedən şirkət Belçikanın 2-ci liqasında çıxış edən “Lommel” klubunun səhmlərinin böyük hissəsinin sahibi olub.
Bu barədə CFG-nin rəsmi saytı məlumat yayıb. Bununla da şirkət 9-cu klubun səhmlərinə sahib çıxıb.
Qeyd edək ki, CFG “Mançester Siti” və “Lommel”lə yanaşı, “Nyu-York Siti” (ABŞ), “Melburn Siti” (Avstraliya), “İokoqama F. Marinos” (Yaponiya), “Torke” (Uruqvay), “Jirona” (İspaniya), “Siçuan Szyunyu” (Çin) və “Mumbai Siti”nin (Hindistan) də sahibidi.