İranda koronavirus (COVID-19) nəticəsində ölənlərin sayı son 24 saatda 48 nəfər artaraq 6  min 733 nəfərə çatıb.

Unikal.org İran mətbuatına istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cihanpur, ölkədə son sutkada COVID-19 səbəbiylə 48 nəfərin öldüyünü və daha 481 yeni yoluxma halının aşkarlandığını açıqlayıb. 

Bununla da, Cihanpur, ölkədə COVID-19 səbəb olduğu ümumi itki 6 min 733-ə qədər artdığını və ümumi yoluxma sayının 110 min 767 olduğunu bildirib. 

Səhiyyə Nazirliyinin sözçüsü virusa tutulan 2713 xəstənin vəziyyətinin kritik olduğunu və bu vaxta qədər sağalmış xəstələrin sayının 88 min 357-yə çatdığını söyləyib.