İngiltərədə daha 627 nəfər koronavirusdan ölüb.

Unikal.org xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 32 692-ə çatıb. Eyni zamanda bu gün 3 403 yeni yoluxma faktı aşkarlanıb.

Beləliklə, İngiltərədə koronavirusa yoluxanların sayı 226 463-ə yüksəlib. Qeyd edək ki, yeni növ koronavirus (Covid-19) infeksiyasaı Çinin Uhan şəhərində meydana gəlib. Virus Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan olunub.