Azərbaycan Güləş Federasiyasının (AGF) sərbəst güləş üzrə sabiq vitse-prezidenti və qadın güləşi üzrə milli komandanın keçmiş baş məşqçisi Maqomed Əliömərov vəfat edib.
Unikal.org-un Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, 68 yaşlı dağıstanlı mütəxəssis koronavirusdan dünyasını dəyişib. Bildirilir ki, o, həyatının son günlərini xəstəxanada ağ ciyərləri süni nəfəs aparatına qoşulmuş vəziyyətdə keçirib.
Maqomed Əliömərovun ölümü ilə bağlı Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili TASS-a açıqlama verib:
"İnanmaq istəməzdik. Bu qədər plan, vəzifə müəyyənləşdirmiş, xeyli enerji sərf etmişdik. O, öz ətrafında bütün güləşçi qızları birləşdirmişdi".
Qeyd edək ki, Maqomed Əliömərov 2007-ci ildə AGF-də vitse-prezident vəzifəsinə təyin olunub. O, 2012-ci il London Yay Olimpiya Oyunlarınadək qadın güləşi üzrə millinin də baş məşqçisi kimi fəaliyyət göstıərib.
2019-cu ilin fevralından isə Əliömərov Rusiyada çalşışmağa başlayıb.