İtaliya A Seriyasının bərpa olunacağı tarix məlum olub.

Unikal.org xəbər verir ki, bu barədə çempionatın rəsmi saytında məlumat verilib. Bildirilib ki, liqa iyunun 13-də qaldığı yerdən davam edəcək.

Mayın 18-dən klubların kollektiv şəkildə məşqlərə başlamasına icazə verilib. Ölkə kubokunun isə avqustun 2-dək başa çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, İtaliya A Seriyası martın 11-də koronavirus pandemiyası səbəbindən dayandırılıb.