Türkiyə Futbol Federasiyası COVİD-19 epidemiyası səbəbindən dayandırılan çempionatların bərpa tarixini rəsmən açıqlayıb.
Unikal.org xəbər verir ki, ölkənin ali futbol qurumunun yaydığı məlumatda Super Liqanın iyunun 12-də bərpa olunacağı bildirilib.
TFF 1-ci liqanın oyunları iyunun 19-dan etibarən bərpa olunacaq. 2-ci və 3-cü liqada isə oyunlar iyulun 18-dən keçirilməyə başlayacaq.