Rusiyanın “Dinamo” klubunun idarə heyətinin rəhbəri Yuri Solovyov koronavirusa yoluxub.
Unikal.org xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Hazırda xəstəxanada müalicə alan Solovyov da xəbəri təsdiqləyib:
“Koronavirus diaqnozu qoyuldu, yüksək hərarətim vardı, həkimlər sayəsində indi daha yaxşıyam”.
Solovyov 2019-cu ilin yayından “Dinamo”da idarə heyətinə rəhbərlik edir.