Türkiyənin “Beşiktaş” klubunun futbolçuları, texniki heyəti və işçiləri ikinci dəfə koronavirus testindən keçib.
Unika.org xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Edilən testlər nəticəsində 8 nəfərdə koronavirus aşkarlanıb. Test nəticəsi müsbət çıxan şəxslərin müalicəsi başladılıb.
Məlumatda bildirilir ki, "Beşiktaş" klubunun prezidenti Ahmet Nur Çebi də koronavirusa yoluxub.