Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun klubu Almaniya "Ertsgebirge"sinin üzvlərindən növbəti dəfə götürülmüş koronavirus testinin nəticələri açıqlanıb.
Unikal.org-un II Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, klubun işçiləri, futbolçular və məşqçilər heyətinin heç birində virusun simptomları aşkarlanmayıb.
Qeyd edək ki, mayın 16-da Almaniyanın əsas və II Bundesliqasında cari mövsüm bərpa olunacaq. "Ertsgebirge" XXVI turda evdə "Zandhauzen"i qəbul edəcək. Görüş Bakı vaxtı ilə 15:00-da başlayacaq.
Aue təmsilçisi 25 turdan sonra 34 xalla 8-ci pillədədir.