Ermənistanda daha 335 nəfərdə koronavirus aşkarlanıb, 3 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan açıqlayıb.
Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 5 606-ya yüksəlib.
Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 70-ə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.