Rusiyada son bir gündə daha 8 849 nəfərə koronavirus diaqnozu qoyulub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.
Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 317 554 nəfərə çatıb.
Ölkədə virusdan ölənlərin sayı isə 127 nəfər artaraq 3 099-a yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 92 681 nəfər sağalıb.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 2 913.a