Yaponiya ərazisində fövqəladə vəziyyət mayın 25-də tamamilə ləğv edilə bilər.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Sindzo Abe deyib.
O bildirib ki, həmin gün ekspert komissiyasının növbəti iclası nəzərdə tutulub. Nazirin sözlərinə görə, aparılan dəyərləndirmələr nəticəsində fövqəladə vəziyyətin ləğvi istisna olunmur.
Bir müddət əvvəl S.Abe ölkənin qərbindəki üç prefektura – Kioto, Osaka və Höqoda fövqəladə vəziyyətin vaxtından əvvəl başa çatdığını elan edib.
Qeyd edək ki, Yaponiyada koronavirus pandemiyası ilə əlaqədar mayın 31-dək fövqəladə vəziyyət elan edilib.