Türkiyədə son gün ərzində daha 27 nəfər koronavirusdan ölüb.
Unikal.org xəbər verir ki, son 24 saatda 33 633 nəfər koronavirus testindən keçib, onlardan 1003-nün cavabı pozitiv çıxıb.
Türkiyədə yeni növ koronavirusdan indiyədək 4249 nəfər ölüb, 153548 nəfər bu infeksiyaya yoluxub, 114990 nəfəri isə müalicə olunub.
Bu gün 1092 xəstə evə buraxılıb.