İraqda koronavirusa yoluxanların sayı artıb.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, son 24 saat ərzində 153 nəfərin COVID-19 testi müsbət nəticələnib. Ən çox yoluxma Bağdad şəhərində qeydə alınıb – 113 nəfər.
Eyni zamanda müalicə 2 843 xəstə sağalıb, 140 xəstənin həyatını xilas etmək mümkün olmayıb.
Ümumilikdə ölkə üzrə 3 877 nəfər koronavirusa yoluxub.