İtaliyanın Siciliya adasında yerləşən və Avropanın ən iri vulkanı hesab olunan Etna püskürüb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, vulkan 4,5 kilometr hündürlüyədək kül sovurub. Püskürmə 3 saat ərzində davam edib.
Qeyd edək ki, Etna vulkanı mütəxəssislərin daimi müşahaidəsi altında olsa da, adətən püskürmələr əhaliyə ciddi təhlükə törətmir.