Türkiyənin Qırıqqala ərazisində dəhşətli hadisə baş verib.
Unikal.org Haberler.com-a istinadən xəbər verir ki, qardaşları ilə eyvanda oynayan 4 yaşlı uşaq ehtiyatsızlıqdan 6-cı mərtəbədən yıxılaraq beton döşəməyə düşüb. 4 yaşlı uşaq hadisə yerindəcə həyatını itirib. Hadisədən xəbər tutan ananın vəziyyəti pisləşib.
Hadisə yerinə təcili tibbi yardım və polis cəlb olunub. Faktla bağlı araşdırma aparılır.