Cənubi Koreya prokurorluğu məhkəməyə “Samsung” konserninin rəhbəri Li Çje Yenin həbs olunması ilə bağlı müraciət edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, onun adı korrupsiya qalmaqalında hallanır.
Qeyd olunur ki, 2016-cı ildə “Cheil Industries” şirkətinin rəhbəri olan Li Çje Yen “Samsung”un əsas şirkəti hesab olunan “Samsung C&T” şirkətini satın alıb.
Prokurorluğun fikrincə, satınalma zamanı şirkətin səhmlərinin dəyəri olduğundan daha ucuz qeyd edilib. Bu əməliyyat nəticəsində Li Çje Yen “Samsung”un rəhbərinə çevrilib.