Azərbaycan Respublikasının Prezidenti  cənab  İlham Əliyev iyun ayının 3-də Tərtər rayonunda  Asan xidmətin açılışında Avropa Şurası ilə bağlı, həmçinin də, Azərbaycanın xarici siyasəti ilə bağlı aparılan işlər və Azərbaycan xalqını maraqlandıran bir çox məsələlərə aydınlıq gətirdi. Reallıq ondan ibarətdir ki, son illər Avropa Şurası tərəfindən  Azərbaycana qarşı qərəzli, ikili standartlara söykənən və bir növ Azərbayacana fobiya fikirləri əsasında ittihamlar səsləndirilir."

Bu sözləri Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib.  Dünyada koronavirus pandemiyası  hökm sürür. Ancaq ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində, Dağlıq Qarabağda qondarma seçki şousu keçirirlər. Baxmayaraq ki, bu seçkini dünyanın əksər ölkələri, sivil dövlətlər, eyni zamanada beynəlxalq təşkilatlar ATƏT, Avropa parlamenti və bir çox digər təşkilatlar qətiyyətlə pislədilər. Ancaq Avropa Şurasından səs çıxmadı, susqunluq nümayiş etdirdi.Heç bir reaksiya vermədi. Normalda bu seçki şousunun qanunsuz olması ilə bağlı etirazını bildirməli idi. 

 “Azərbaycan Respublikasının Prezidenti  cənab  İlham Əliyev iyun ayının 3-də Tərtər rayonunda  Asan xidmətin açılışında Avropa Şurası ilə bağlı, həmçinin də, Azərbaycanın xarici siyasəti ilə bağlı aparılan işlər və Azərbaycan xalqını maraqlandıran bir çox məsələlərə aydınlıq gətirdi. Reallıq ondan ibarətdir ki, son illər Avropa Şurası tərəfindən  Azərbaycana qarşı qərəzli, ikili standartlara söykənən və bir mövqe sərgiləyir. Bu da ondan irəli gəlir ki, Avropa Şurasının daxilindəki müəyyən qüvvələr öz ermənipərəstliyinə  Azərbaycanın güclü dövlətə çevrilməsini, Azərbaycanın regionda aparıcı dövlət olmasını istəməyən, iqtisadi tərəfdən iştirak etmiş bir güclü dövlət olmasını arzulamayan qüvvələrin apardığı təbliğatın nəticəsidir.  Çox təəssüflər olsun ki, bu ikili standartlar avropa məkanında son vaxtlar daha qabarıq şəkildə büruzə verir. AŞ, avropa ərazisində faşizm idealarının təbliğinin qarşısını çox kəskin şəkildə  alır.  Ancaq, bizim qonşu ölkə olan Ermənistanda tarixi Azərbayacan şəhəri  İrəvanın  mərkəzində Adolf Hitlerin yaxın silahdaşları, kütləvi  şəkildə mülki əhalini qətlə yetirməkdə günahlandırılan və dünyanın bir çox ölkələri tərəfindən  qatil kimi tanınan general  Qaragin Njdeyə heykəl ucadılır. Bu bilavasitə faşizm idealogiyasının təbliği deməkdir. Və o idealogiyanın dəstəklənməsi deməkdir.  AŞ buna da soyuqqanlı yanaşır heç bir tədbir görmür. Nəin ki, pisləmir. Başqa bir tərəfdən bəzi avropa ölkələrinində,eyni zamanda ABŞ-da keçirilən nümayişlərdə, qaradərili insanlara qarşı irqçilik münasibəti ilə fərqlənən hakimiyyət dairələrinin əleyhinə təşkil olunan mitinqlərdə polislər kifayət qədər sərt davranırlar. Bu yaxınlarda hər birimizə məlum olan Corc Floyd adlı qaradərili gəncin qərəzli şəkildə, nəfəsinin kəsilməsi nəticəsində dünyasını dəyişməsi  və bundan sonra başlanılan kütləvi nümayişlər, polis avtomobillərinin nümayişçilərin üzərinə sürülməsi , atların altında nümayişə çıxan insanların tapdalanması  bütün bunlar təbii ki, Avropa Şurası və İnsan haqları adından dəm vuran bir çox siyası qüvvələrin görməməzliyindən gəlir. Bu da təbii ki, Azərbaycan xalqında  bir növ  etiraz hissləri oyadır.  Və beynəlxalq təşkilatların apardığı siyasətin  ədalətsizliyinə qarşı etiraz hissləri qaldırır. Beynəlxalq təşkilatlara inam itir. Nəzərə alsaq ki, bizim Dağlıq Qarabağ münaqişəsi konflikti nəticəsində  bir milyona yaxın soydaşlarımız məcburi köçkün halına salınıbdır. Və bu bir milyona yaxın insanın səsini heç vaxt  Avropa Şurası kəskin şəkildə qaldırmayıb.  Onlara öz münasibətini bildirməyib. Doğma yerlərinə qayıtması ilə bağlı heç bir tədbir görməyib.  Ancaq  bir-iki nəfər beşinci koloniya nümayəndələri, müxalifət nümayəndələri olsun bunların hər hansı bir cüzi hüquqları tapdalanan kimi Avropa Şurası dünyaya car çəkir. guya Azərbaycanda İnsan Haqları  tapdalanır. Təbii ki, Azərbaycan xalqı bütövlükdə  bu ikili standartlara, azərbaycana fobiya ideallarına qarşıdır. Onu qəbul etmir. Və belə olan halda təbii ki, Avropa Şurası Azərbaycana qarşı,  Cənubi Qafqaza qarşı öz ədalətli mövqeyini sərgiləməlidir.  Biz o ədalətli mövqeyi Avropa Şurasından  gözləyirik”.

Famil Fərhadoğlu