İtaliyada son sutka ərzində 197 nəfər koronavirus infeksiyasına yoluxub.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb.

Bildirilib ki, İtaliyada indiyədək koronavirusa yoluxanların ümumi sayı 234 998 nəfərdir. Son bir gündə pandemiya qurbanlarının sayı 53 nəfər artaraq 33 899-a çatıb.