Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) iyulun 15-dən bir sıra xarici ölkələrə uçuşları bərpa edə bilər.
 

Unikal.org xəbər verir ki, agentlik iyulun 15-dən ölkənin bir neçə regionundan dünyanın 15 ölkəsinə beynəlxalq uçuşları bərpa etməyi planlaşdırır. Biznes aviasiya üçün isə bütün ölkələrə uçuşlar bərpa ediləcək.
 

Qeyd edək ki, bu il martın 27-dən Rusiya koronavirus pandemiyası ilə əlaqədar beynəlxalq aviauçuşları tamamilə dayandırıb.