Gürcüstanda daha 1 nəfərdə koronavirus aşkarlanıb.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib. Bununla da ölkədə COVID-19-a yoluxanların sayı 810-a çatıb. Onların 683-ü sağalıb, 13-ü isə ölüb.

Hazırda ölkə üzrə karantində 2 915, stasionar nəzarətdə isə 237 nəfər saxlanılır.