Azərbayanda özofagus (Qida borusu) xərçəngi diaqnozu qoyulan Türkiyə vətəndaşı  51 yaşlı Telat Vargün müalicə almaq üçün təcili tibbi yardım təyyarəsi ilə İstanbula aparılıb. 

Unikal.org xəbər verir ki, Bakıda yaşayan iş adamı Vargünün olduğu təyyarə saat 19:30 radələrində İstanbul Baş Aviasiya terminalına enib və Bakırköy Dr. Sədi Konuk Təhsil və Araşdırma Xəstəxanasına aparılılıb. 

Qeyd edək ki, iyunun 15-dən etibarən Türkiyədən Azərbaycana uçuşlar bərpa olunacaq.