ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı hərbçilərin geri çəkilməsi təlimatını verib.

Unikal.org xəbər verir ki, o, bu barədə "Twitter" hesabında bildirib. Tramp hal-hazırda hər şeyin nəzarət altında olduğunu qeyd edib. O, həmçinin hərbçilərin lazım olduğu zaman dərhal geri qayıda biləcəklərini açıqlayıb. 

Xatırladaq ki, ABŞ-da qara dərili Corc Floydun polis tərəfindən öldürülməsindən sonra başlayan etirqaz aksiyaları səbəbindən əksər ştatlara hərbçilər cəlb olunmuşdu.