Rusiyada koronavirusa yoluxma göstəriciləri artır.
Unikal.org-un məlumatına görə, ölkədə son sutka ərzində 8 985 nəfər virusa yoluxub, 112 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 476 658 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 5 971 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 230 688 nəfər virusdan sağalıb, 239 999 nəfərin müalicəsi isə davam edir.