Türkiyədə qəribə hadisə yaşanıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, 71 yaşlı kişi Adalar bölgəsinin Bələdiyyə binasına ov tüfəngi ilə hücum edib. Buna səbəb onun evində suyun kəsilməsi olub. 

Silahlı hücum edən M.Ş. adlı şəxsin həmin evdə kirayə qaldığı məlum olub. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.