Övladına doğum günü keçirən qadına görə bütün məhəllə sakinləri əziyyət çəkib.

Unikal.org DHA-ya istinadla bildirir ki, Türkiyənin Eskişehir şəhərində yaşayan B.Y adlı qadın koronavirus testi verdikdən sonra cavabların çıxmağını gözləmədən evində övladına ad günü keçirib.

Onun testinin müsbət çıxması nəticəsində ad günündə iştirak edənlər və onların yaşadığı məhəllə karantinə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən Türkiyə koronavirusa yoluxanların sayına görə siyahıda 11-ci yerdədir. Burada 4692 nəfər Covid-19 virusu səbəbi ilə dünyasını dəyişib.