Böyük Britaniyada koronavirus qurbanlarının sayı bir gün ərzində daha 55 nəfər artıb.

Unikal.org xəbər verir ki, bu barədə Britaniyanın Səhiyyə və Sosial Müdafiə Nazirliyi məlumat yayıb. Bununla da krallıqda COVID-19-dan dünyasını dəyişənlərin ümumi sayı 40 597 nəfərə çatıb.

Məlumata görə, son 24 saatda ölkədə virusa yoluxanların sayı 1 205 nəfər artaraq 287 399 nəfərə yüksəlib